RU

Bakıda yol təmiri ilə bağlı narazılıq: "Sadəcə çox kiçik bir hissəyə beton töküblər"

Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Bakavtomat yolu adlanan ərazidə uzun müddətdir bərbad vəziyyətdə olan yolun təmirinə başlanılıb. Lakin sakinlər görülən işlərin keyfiyyətindən narazıdır.

News365.az xəbər verir ki, sözügedən yol qalayla binanı birləşdirən əsas hərəkət hissələrindən biridir. Sakinlərdən Pərviz İsmayılovun verdiyi məlumata görə, uzun illər baxımsız qalan bu yolun tam bərpa ediləcəyi gözlənilsə də, yalnız çox kiçik bir hissəsinə beton tökülüb.

Sakinin bizə göndərdiyi videoda da açıq şəkildə görünür ki, yolun yalnız məhdud bir hissəsində təmir işləri aparılıb, qalan ərazilər isə hələ də bərbad vəziyyətdədir. Sakinlər problemin tam həllini tapması üçün aidiyyəti qurumlardan əlavə tədbirlər görməyi tələb edirlər.

Избранный
26
news365.az

1Источники