RU

Kolumbiyalı müdafiəçi “Turan Tovuz”da?

“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.

News24.az xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, bölgə təmsilçisi Hayderson Hurtado Palomino ilə danışıqları müsbət yekunlaşdırıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb. Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub.

Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.


Избранный
93
7
news24.az

10Источники