Azərbaycan Taekvando Federasiyasının nəzdində olan Mübariz Taekvando klubunun uşaq və yeniyetmələrdən ibarət yığması BƏƏ-nin Dubay şəhərində keçiriləcək beynəlxalq açıq taekvando turnirində iştirak edəcəklər.
Yenisabah.az xəbər verir ki, turnir 9-13 fevral tarixlərində keçiriləcək.
Hal-hazırda Dubayda təlim-məşq toplanışında olan idmançıları yarışa əməkdar məşqçi Sabir Aydınlı hazırlaşdırır. Komanda beynəlxaq yarışda 3 çəki dərəcəsində çıxış edəcək.
İsmayılov Həsən, Fərhad Məlikli və Gəncimov Kənan 27 kq çəki dərəcəsində mübarizə aparacaqlar. 33 kq-da Aydınlı Hüseyn, 36 kq çəki dərəcəsində isə Qalabəyov Malik mükafaçılar sırasına adlarını yazdırmaq üçün yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasına Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir. O eyni zamanda, Dünya Taekvando Federasiyasının da vitse-prezidentidir.
Telegram kanalımız