RU

"Arsenal" dörd hücumçu arasından seçim edəcək

"Arsenal" yay transfer pəncərəsində hücumçu almağı planlaşdırır.

90deqiqe.Az "Teamtalk"a istinadən xəbər verir ki, “topçular”ın qısa siyahısına dörd hücumçu daxildir. London top klubu Evan Ferqyuson, Aleksandr İsak, İqor Xesus və Benjamin Seşkonun namizədliyini nəzərdən keçirir. London klubunun ilk seçimi "Nyukasl"ın hücumçusu İsakdır.

"Arsenal" bu mövsüm İngiltərə Premyer Liqasında 50 xalla ikincidir. Mikel Artetanın komandası lider "Liverpul"dan 6 xal geri qalır, baxmayaraq ki, mersisaydlıların əlində bir oyun var.

Избранный
37
90deqiqe.az

1Источники