RU

Daha bir il "Barselona"da qala bilər

style='margin-bottom:10px;'>

"Barselona" futbolçusu Voyçex Şensnı ilə müqaviləni uzada bilər. 

QOL.az xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. 

Mövsümün sonunda yeni sözləşmə ilə bağlı yekun qərar veriləcək. Baxmayaraq ki, Kataloniya klubunun qapıçısı Mark-Andre Ter Ştegenin zədədən sağaldıqdan sonra əsas heyətdə yer alacağı gözlənilir, polşalı qapıçı daha bir il komandada qalmağa razıdır. Onun ailəsi və özü İspaniya rahatdırlar. Həmçinin Şensnının qalmasında komandanın digər polşalı futbolçusu Robert Levandovski də rol oynayır. 

Qeyd edək ki, Voyçex Şensnı ötən yay karyerasını bitirmişdi. O, "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegenin zədəsindən sonra karyerasını bərpa edib və Kataloniya klubuna keçməyə razı olub. 

Избранный
46
teleqraf.com

1Источники