“Real” və “Barselona”da çıxış edən əfsanəvi forvard Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunmasını istəyir.
90deqiqe.Az "Relevo"ya istinadən xəbər verir ki, hazırda "Real Valyadolid" klubunun prezidenti olan 48 yaşlı sabiq futbolçu gələn il Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır. Ronaldo qalib gəlsə, Ançelottiyə əməkdaşlıq təklif edəcək.
İtaliyalı məşqçi hazırda "Real Madrid"də çalışır. Ançelotti ilə Kral Klubu arasında mövcud əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır.