RU

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Roma, 8 fevral, AZƏRTAC

İtaliyanın paytaxtı Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, Latsio, Emiliya-Romanya və Toskana regionlarından yola çıxan fermerlər 23 traktorla paytaxtın İrnerio meydanına toplaşıblar.

Aksiya iştirakçıları kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə bu addımı atıblar. Kənd təsərrüfatı məhsulları üçün ədalətli qiymətin olmasının zəruriliyi bildirilib.

Etirazlara paytaxt sakinləri də qoşulublar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
70
1
azertag.az

9Источники