“Bəzi oyunçular meydana xəstə çıxmışdı".
Apasport.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.
O bildirib ki, qələbə qazansalar da, komandada müəyyən problemlər var:
“Heyətimizdəki itkilər rotasiya imkanlarımıza təsir edirdi. Romelo Barrelin bu günlərdə doğması dünyasını dəyişib. Onun üçün çətin oyun idi. Qələbəmizi də Barrelə həsr edirik. Komandanın bütün üzvləri bizim üçün dəyərlidir. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Çempionatda fasilə yaranır. Bundan maksimum yararlanmağa çalışacağıq".
Qeyd edək ki, “Gəncə” “Şəki”yə 91:77 hesabı ilə qalib gəlib.
Tahir Baxşıyev: “Müdafiə üzərində işləyəcəyik”
Rimas Kurtinaytis: “Bu cür oynamaq olmaz”
ABL: “Sabah”dan inamlı qələbə
ABL: "Sabah" növbəti matçına çıxacaq
“Fənərbaxça” “Real Madrid”i məğlub etdi