RU

Danimarka dünya çempionu oldu

Yanvarın 14-də start götürən kişi həndbolçular arasında dünya çempionatı başa çatdı.

Mundialın oyunları Danimarka, Norveç və Xorvatiyanın 5 şəhərində keçirildi. Fevralın 2-də Osloda keçirilən final oyununda Danimarka Xorvatiyanı məğlub etdi – 32:26.

Danimarkalılar ardıcıl 4-cü dəfə dünya çempionluğunu bayram etdi. Onlar 2019, 2021 və 2023-cü illərdə də hamıdan güclü olub. 3-cü yer uğrunda oyunda isə Fransa Portuqaliyaya qalib gəldi – 35:34.

Избранный
13
football-plus.az

1Источники