“Neftçi” heyətinə yeni hücumçu qatdığını açıqlayıb.
İdman.biz xəbər verir ki, “ağ-qaralar” ingiltərəli hücumçu Bassala Sambounu təqdim edib.
Bakı klubu sosial şəbəkələrdə “Xoş gəldin, Sambou” videosunu paylaşıb. 27 yaşlı futbolçunun son komandası Kiprin “Paralimni” klubu olub.
Qeyd edək ki, “Koventri” Akademiyasının yetirməsi olan Sambou “Fortuna Sittard” (Niderland), “Randers” (Danimarka), “Kru Aleksandra”, “Oldham” (hər ikisi İngiltərə) komandalarının formasını geyinib.
İdman.biz