RU

Flik "Real"- "Atletiko" derbisi ilə bağlı sualı cavablandırdı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikə mətbuat konfransında rəqiblərin mübarizəsi - "Real Madrid" və "Atletiko" derbisi haqda sual verilib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı verilən sualı belə cavablandırıb.

"Madrid derbisini izləməyə hazırlaşırsınız? - Əvvəlcə “Barselona B” matçına baxacam, sonra şam yeməyinə gedərik, sonra “Real Madrid” – “Atletiko” matçına baxacağıq. Amma biz özümüzə daha çox diqqət yetiririk. Matçın özü ona görə maraqlı olacaq ki, oynayacaq komandalar Avropanın ən yaxşıları sırasındadır.Mən onu görmək istəyirəm" 

"Real Madrid" - "Atletiko" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Избранный
45
90deqiqe.az

1Источники