RU

Çinin valyuta ehtiyatları yanvarda 3 trilyon 209 milyard dollara çatıb

Çinin Dövlət Valyuta Klirinq İdarəsi yanvar ayı valyuta ehtiyatı məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, ölkənin valyuta ehtiyatları yanvar ayının sonunda əvvəlki ayla müqayisədə 6,7 milyard dollar artıb.

2024-cü ilin dekabr ayı ilə müqayisədə 0,21 faiz artan ehtiyatların ümumi həcmi 3 trilyon 209 milyard dollara çatıb.

Açıqlamada yanvar ayında ABŞ dolları indeksinin aşağı düşdüyü, qlobal maliyyə aktivlərinin qiymətlərinin yüksəldiyi, valyuta ehtiyatlarının artmasının isə svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində olduğu bildirilib.

Çinin valyuta ehtiyatları 14 aydır 3,2 trilyon dolların üzərindədir.

valyuta ehtiyatları çin
Избранный
20
marja.az

1Источники