RU

Mahir ehtiyatda qalıb, "Nürnberq"dən çətin qələbə

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, komanda 21-ci turda "Maqdeburq"un qonağı olub.

Ehtiyatda qalan Mahir bu qarşılaşmada baş məşqçi Miroslav Klozenin etimadını qazanmayıb. Emrelisiz "Nürnberq" liderlər qrupunda yer alan rəqiblə səfər matçında çətin qələbə əldə edib. Oyun 4:3 hesabı ilə yekunlaşıb. Qonaqlar həlledici qolu 90+4-cü dəqiqədə vurublar.

Qeyd edək ki, "Nürnberq" bu qələbədən sonra 31 xalla 9-cu pillədə yer alıb. Mahirin komandası növbəti oyununu fevralında 16-da öz meydanında "Ulm"a qarşı keçirəcək.

İdman.biz

Избранный
25
1
idman.biz

2Источники