RU

Hüquq müdafiçiləri jurnalistlə bağlı Prezidentə müraciət edib

Azərbaycanda hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri həbsdə olan jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə qeyd olunur ki, jurnalist fevralın 5-də Toplum TV işi ilə bağlı saxlanılıb və 3,5 ay müddətinə həbs edilib.

Hüquq müdafiəçiləri Ş.Bəylərqızının beyin şişi, şəkərli diabet və hipertoniya kimi bir sıra ağır xəstəliklərdən əziyyət çəkdiyini vurğulayırlar.

İstintaq və məhkəmə zamanı onun vəziyyəti dəfələrlə pisləşib.

Jurnalist hazırda Kürdəxanı istintaq təcridxanasının tibb hissəsində həkim nəzarəti altında saxlanılır.

Hüquq müdafiəçiləri Ş.Bəylərqızının iki azyaşlı övladının olmasına da diqqət çəkirlər.

“Cənab Prezident, biz dəfələrlə müraciətlərimizə diqqətli münasibətinizin, humanist yanaşmanızın şahidi olmuşuq. Bunu və qeyd olunanları nəzərə alaraq, jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək verməyinizi xahiş edirik”, – monitorinq qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının imzaladığı müraciətdə deyilir.

Monitorinq qrupunun üzvləri birinci Vitse-prezident Mehriban Əliyevaya da analoji tələblə müraciət ediblər.

“Hörmətli Mehriban xanım, siz bir ana kimi hər zaman qadın problemlərinə böyük diqqət və humanist münasibət göstərir, onların həllində səy və dəstəyinizi əsirgəmirsiniz. Biz hüquq müdafiəçiləri olaraq bunun şahidiyik. İndi də jurnalist Şahnaz Bəylərqızının xəstəliyini və iki azyaşlı övladının olmasını nəzərə alaraq, onun ev dustaqlığına köçürülməsinə köməklik göstərilməsi xahişi ilə Sizə müraciət edirik”, – deyə monitorinq qrupunun üzvləri M.Əliyevaya müraciətində qeyd ediblər.

Избранный
20
azpost.info

1Источники