RU

Ərdoğan Asiya turuna çıxacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral 2025-ci il tarixlərində Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial mediada məlumat verib.

"Səfərlər çərçivəsində keçiriləcək görüşlər zamanı adıçəkilən ölkələrlə ikitərəfli əlaqələrimiz bütün aspektləri ilə nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq", - deyə Altun qeyd edib.

Prezident Ərdoğanın Türkiyənin hərtərəfli strateji tərəfdaşı olan Malayziyaya səfərindən sonra həmkarları ilə birlikdə İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcəyini bildirən Altun əlavə edib: "Möhtərəm Prezidentimizin səfər edəcəyi ölkələrlə ikitərəfli müqavilə zəmininin gücləndirilməsi məqsədilə müxtəlif sahələrdə sazişlərin imzalanması, işgüzar dairələrin bir araya gəlməsi nəzərdə tutulur. Görüşlər zamanı həmçinin Qəzza başda olmaqla aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
22
16
ikisahil.az

10Источники