RU

İntihar, yoxsa sui-qəsd

Rusiya prezidenti Vladimir Putini təhqir edən rusiyalı müğənninin polis reydi zamanı öldüyü bildirilir. Bu barədə hüquq müdafiə təşkilatı OVD-İnfo məlumat yayıb.

Müğənni Vadim Stroykinə Ukrayna ordusuna pul bağışladığına görə cinayət iş açılıbmış. Polis bu səbəbdən sənətçinin evinə basqın həyata keçirib.

Həmin vaxt başqa otağa keçən 59 yaşlı sənətçinin 10-cu mərtəbədəki evinin pəncərəsindən yıxılaraq öldüyü yazılır.

“Mash na Moike” Telegram kanalındakı paylaşımda Stroykinin polisin basqını zamanı pəncərədən atılaraq intihar etdiyi iddia edilir.

Sənətçinin necə öldüyü hələlik məlum deyil. Rusiya İstintaq Komitəsinin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.

Stroykin “VK” sosial media platformasındakı paylaşımlarında Putini Ukrayna müharibəsinə görə tənqid edib.

Sənətçi 2022-ci ilin mart ayında yazdığı yazıda aşağıdakı ifadələrdən istifadə edib: “Putin öz xalqına və qardaş xalqına müharibə elan etdi. Mən onun ölməsini istəmirəm. Mən onun mühakimə olunaraq həbsə atılmasını görmək istəyirəm”.

Stroykin, keçən ilin fevralında müxalif siyasətçi Aleksey Navalnının ölümündən sonra Kremli hədəfə alan yazıda “alçaqlar” da yazıb.

***

Digər tərəfdən Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk şəhərində baş verən qarşıdurmalardan sonra cəbhə bölgəsinə qayıtdığı bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada Şimali Koreya qırıcılarının rus əsgərləri ilə birlikdə Kursk cəbhəsinə yerləşdirildiyini iddia edib.

Pxenyanın Ukrayna cəbhəsinə təxminən 11 min əsgər göndərdiyi güman edilir. Şimali Koreya əsgərləri bir neçə həftə idi ki, cəbhə xəttində görünmürdü.

Избранный
70
vaxt.az

1Источники