Qonaqların müdafiəçisi Abbas Hüseynov zədələnib. Bədavi Hüseynovla əvəzlənən Abbasın sağlıq durumu ilə maraqlandıq. Çərşənbə axşamı “Səbail”lə oyunda meydana çıxa biləcəkmi? Bu sualı “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq:
“Abbas Hüseynov 8 həftəliyə sıradan çıxıb. İki aydan sonra komandaya qoşulması gözlənilir. Hazırda müalicəsi davam edir”.
ƏSƏD SEYİDOV