Rusiya yenidən Şimali Koreya əsgərlərini Kursk bölgəsinə gətirib və bu istiqamətdə yeni hücumlar olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, bu istiqamətdə yüzlərlə rus və Şimali Koreya əsgəri məhv edilib:
"Kursk əməliyyat zonasında yeni hücumlar olub. Rusiya ordusu yenidən koreyalı əsgərləri buraya cəlb edib. Xeyli sayda işğalçı məhv edildi, söhbət yüzlərlə rus və Şimali Koreya əsgərindən gedir".
Milli.Az