Ağdamda 21 yaşlı gənci elektrik cərəyanı vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayon sakini 2004-cü il təvəllüdlü Tacəddin Alışov Kəlbəhüseynli kəndində elektrik naqillərində təmir işləri apararkən baş verib.
O, Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralıya ilkin təcili tibbi yardım göstərilib. Lakin onun hər iki qolunda ağır yanıq xəsarətləri olduğu üçün Bakı şəhərində yerləşən xəstəxanalaradan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта