![Xərçəngə](https://ulusum.az/uploads/posts/2025-02/22d046e650_rian_6480378_hr-pic_32ratio_900x600-900x600-28679.webp)
Rusiya Səhiyyə Nazirliyi xərçəngə qarşı vaksinin sınaqları üçün könüllülərin qəbulunu tamamladı. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, NMRİ radiologiya mərkəzinin baş direktoru Andrey Kaprin məlumat verib.Onun sözlərinə görə, könüllülər artıq müəyyənləşdirilib və klinik sınaqlar başlayıb.Xərçəngə qarşı fərdi vaksin, xərçəng xəstəliyindən sonra şişlərin yenidən inkişafının qarşısını almağa yönəlir. Bu vaksin, hər bir xəstə üçün fərdi olaraq DNT əsasında hazırlanır və ilkin xərçəngin yaranmasını əngəlləyə bilməz.5 fevral tarixində, böyrək xərçənginə qarşı vaksinin, xəstəliyin son mərhələlərində 100% effektivlik göstərdiyi bildirilmişdi.Tədqiqatçılar inkişaf etdirdikləri alqoritmlərlə vaksinə daxil edilməsi üçün ən uyğun neoantigenləri seçib, məqsəd isə immun sistemini qalıq xərçəng hüceyrələrini tanımağa və məhv etməyə öyrətmək olub.Əldə edilən analizlərə əsasən, vaksinin tətbiqindən sonra bütün xəstələrdə davamlı immun cavab yaranıb və dərmanla induksiya olunan T hüceyrələri orqanizmdə üç il müddətində aktiv qalmışdır.Səidə
Diqqət Çəkənlər
Şişkinlik və ağırlıq: Kimə müraciət edim?
Yarıçılpaq aktivist Le Penin mitinqini pozmağa cəhd edib - Foto
FHN: Ötən gün 9 nəfər xilas edilib