Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəSumqayıt şəhərində 1 nəfərin (uşaq) evdə bağlı qapı arxasındaköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırışüzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsizqalmış uşağın xilas olunması təmin edilib.