RU

"Norm OJSC" işçi axtarır - VAKANSİYA

Norm OJSC

Mühasib

Son tarix 08 mar 2025 - [email protected]

İş yeri: Bakı

Tələblər:

  • Mühasib kimi 3 ildən artıq iş təcrübəsi
  • Microsoft office üzrə orta səviyyədə, MS Excel üzrə yüksək səviyyədə səriştə 
  • Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək
  • Gəlir və zərər hesabı
  • Balans cədvəli
  • Pul vəsaitlərinin hərəkəti
  • Maliyyə qaydaları və qanunları
  • Maliyyə səmərəliliyi göstəriciləri
  • Maliyyə sənədləşməsi
  • Maliyyə hesabatlarının tərtibi
  • Maliyyə uçotu və əlaqədar sistemlər
  • ACCA, CİMA, CPA sertifikatları üzrə göstəricilər üstünlükdür

Vəzifə və Öhdəliklər:

  • Ödəniş və daxil olma əməliyyatlarının dəqiq şəkildə uçotunun aparılması;
  • Gəlir və xərc əməliyyatlarının dəqiq şəkildə uçotunun aparılması;
  • Əsas hesabların təhlili və uyğunsuzluqların aradan qaldırılması;
  • Hesabların düzgün kodlaşdırılması və ERP sistemində müvafiq qeydlərin aparılması;
  • Müştəri və təchizatçı hesabları ilə bağlı mübahisələrin həllində dəstək;
  • Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi və onların dəqiq aparılmasının təmin olunması;
  • Müştəri ödənişlərinin qeydiyyatı, təşkili və qalıq hesabatlarının aparılması;  
  • Debitor borclarının idarə edilməsi, təhlili və üzləşmələrin aparılması;
  • Müştəri müraciətlərinin və suallarının vaxtında cavablandırılması;
  • Hesablardakı uyğunsuzluqların aradan qaldırılması və balansın təmin edilməsi;
  • Kreditor borclarının idarə edilməsi, təhlili və üzləşmələrin aparılması;
  • Təchizatçıların müraciətlərinin və suallarının vaxtında cavablandırılması;
  • Satış hesabatlarının hazırlanması və satışla bağlı vergilərin uyğunlaşdırılması;
  • Ayın sonunda mühasibat uçotu hesablarının bağlanması və maliyyə hesabatlarının tamamlanmasına dəstək;
  • Pul vəsaitlərinin dəqiqliyinin və satış uyğunlaşdırmalarının vaxtında yerinə yetirilməsi;
  • Departamentdə siyasət və prosedurlara riayət edilməsinin təmin olunması;
  • Lazım gəldikdə mühasibatlıqla bağlı xüsusi layihələrdə iştirak və dəstək;
  • Vergitutma və vergilərin hesablanması və bəyannamələrin dövlət orqanlarına təmininin həll edilməsi;
  • Vergi ödənişlərinin edilməsinin yerinə yetirilməsi;
  • Vergilər üzrə yaranan uyğunsuzluqların araşdırılması və dövlət qurumları ilə danışıqların aparılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Избранный
26
fed.az

1Источники