RU

Milli komandanın yeni baş məşqçisi məlum oldu

Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasını kimin çalışdıracağına böyük ölçüdə aydınlıq gəlib.

Samir Əliyevin gedişindən sonra boş qalan posta Zaur Həşimov təyinat alacaq.

PRO kateqoriyalı mütəxəssis hazırda "Zirə-2"ni çalışdırır.

O, daha əvvəl "Qəbələ"də məşqçi, U-18 millimizdə və "Zirə"də isə baş məşqçi kimi fəaliyyət göstərib.

Maraq üçün bildirək ki, bir müddət əvvəl Zaur Həşimovun əsas milli komandanın baş məşqçisi Fernandu Santuşun köməkçisi təyin olacağı gündəmdə idi.

Hətta federasiya ilə məşqçi arasında ilkin razılıq da əldə edilmişdi.

Amma sonda heç namizədlər arasında adı olmayan "Sabah"ın sabiq məşqçisi Rəşad Eyyubov milli komandaya işə götürüldü.

SPORTİNFO.AZ

Избранный
20
sportinfo.az

1Источники