Türkiyə Van vilayətinin İranla sərhədi boyunca 182 kilometrlik divarın tikintisini başa çatdırıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-inə istinadən məlumat yayıb.
Məlumata görə, divar qaçqınların ölkəyə qanunsuz girişinin və qaçaqmalçılıq yolu ilə malların keçirilməsinin qarşısını almaq üçün tikilib.