“Real” rəhbərliyi Vinisius Junior ilə anlaşmağa çalışır, amma hələ ki buna nail ola bilməyib.
Klubun nümayəndələri futbolçunun agentləri ilə görüş keçirib. “Relevo” nəşrinin məlumatına görə, görüş braziliyalı futbolçuya edilən yeni müqavilə təklifi ilə bağlı olub. Rəhbərlik 24 yaşlı oyunçuya verə biləcək ən yüksək maaşı onun agentlərinə bildirib. Lakin agentləri təklifə razı olmayıblar və müştərilərinin daha çoxuna layiq olduğunu rəhbərliyə çatdırıblar.
Danışıqlar asan olmayacağının əsas səbəbi Vinisiusa Səudiyyə Ərəbistanı klublarından gələn daha cəlbedici təkliflərlə bağlıdı. Buna baxmayaraq, İspaniya klubu futbolçunun maaşını həddən artıq qaldırmaq niyyətində deyil.
Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта