RU

Premyer Liqa super klubu Bellinqhemi "Real"dan qoparmaq istəyir

Yarımmüdafiəçi Cude Bellinqhem İngiltərə Premyer Liqasının superklubunun radarına düşüb.

90deqiqe.Az "Defensa Central"a istinadən xəbər verir ki, "Mançester Siti" ingilis futbolçunu transfer etmək istəyir. Kevin De Bruynenin yayda getməsi ehtimalı nəzərə alınmaqla, "şəhərlilər" Bellinqhemi komandada görmək istəyir.

Cude Bellinqhemin transferini “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola rəhbərlikdən şəxsən istəyib. Eyni zamanda "Real Madrid"in 21 yaşlı Bellinqhemi satmaq fikrində olmadığı bildirilir.

Qeyd edək ki, ingilis futbolçu 2023-cü ilin yayında Dortmund "Borussiya"sından "Real Madrid"ə keçib.

Избранный
43
90deqiqe.az

1Источники