RU

Bundesliqa: “Borussiya” evdə “Ştutqart”a uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Maynts” – “Auqsburq” və “Volfsburq” – “Bayer” matçlarında hesab açılmayıb. “Borussiya” (Mönhenqladbax) – “Ayntraxt” matçında isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Frayburq” evdə “Haydenhaym”ı tək qolla yenib. Dortmund “Borussiya”sı bu dəfə “Ştutqart”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Hoffenhaym”ın qonağı olan “Union Berlin” isə 4 cavabsız qola sevinib.

21-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
21-ci tur
7 fevral

Bayern – Verder 3:0
Qollar: H.Keyn, 56-pen; 90+7-pen. Sane, 82.

8 fevral

Borussiya (Dortmund) – Ştutqart 1:2
Qollar: Brandt, 81 – Anton, 50-öz qapısına. Şabo, 61.

Frayburq – Haydenhaym 1:0
Qol: Qrifo, 30.

Hoffenhaym – Union Berlin 0:4
Qollar: Hollerbax, 24; 87. Lyubiçiç, 61. İliç, 73.

Maynts – Auqsburq 0:0

Volfsburq – Bayer 0:0

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1
Qollar: Klayndienst, 26 – Ekitike, 31.

9 fevral

18:30. Holştayn – Boxum
20:30. Leypsiq – Sankt Pauli

Избранный
80
arena.az

1Источники