Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Moskva ərazi bütövlüyümüzü pozur.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O, Rusiya ilə əlaqələrin bərpası məsələsindən danışarkən qeyd edib:
“Abxaziya və Tsxinvalinin müstəqilliyinin tanınmasına görə diplomatik əlaqələrin bərpası müzakirə edilmir. Ancaq biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir".