RU

Özlərini polis kimi təqdim etdilər...

Ankarada 5 şübhəli özünü polis kimi təqdim edərək 4 nəfəri aldadıb. 

News24.az bildirir ki, şübhəlilər “Qiymətli əşyalarınızı qapınıza gələn məmura verin, yoxlamadan sonra geri alacaqsınız” deyərək pullarını və qızıl-zinət əşyalarını alıblar. 

Zərərçəkmişlərin xəbərdarlığından sonra Ankara Respublika Baş Prokurorluğunun Saxta və Fırıldaqçılıq Bürosu istintaqa başlayıb. İstintaq daxilində Asayiş Şöbə Müdirliyi qrupları 5 şübhəlini təsbit edib.

Əməliyyat zamanı 1 milyon TL dəyərində nağd pul və qızıl-zinət əşyaları ələ keçirilib. Şübhəlilər polis bölməsindəki əməliyyatların ardından aparıldıqları ədliyyəyə sövq edilərək həbs ediliblər.

Zəhraxanım Şeydayeva

Избранный
52
news24.az

1Источники