Bakı. Trend:
ABŞ Hökumətinin Səmərəliliynin Artırılması Departamentinin(DOGE) rəhbəri olan milyarder İlon Mask "TikTok" sosial şəbəkəsininalmaqda maraqlı olduğu barədə şayiələri təkzib edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbərverib.
"Mən TikTok almaq üçün heç bir təklif göndərməmişəm", - deyəİ.Mask Almaniyada Axel Springer media konqlomeratının rəhbəriMatias Döpfner tərəfindən təşkil edilən konfransda çıxışı zamanıbildirib.
Bu, onun mümkün razılaşma ilə bağlı ilk şərhi idi. "TikTok-asahib olsaydım, nə edəcəyimlə bağlı heç bir planım yoxdur", - deyəo əlavə edib.
Mask həmçinin bildirib ki, o, TikTok-dan istifadə etmir.