Serbiya Prezidenti Aleksandar Vuçiçin zirehli avtomobili hərəkətdə olarkən təkərinin bir hissəsi yerindən çıxıb.
RTS-ə istinadən xəbər verilir ki, bu, dövlət başçısının təhlükəsizliyi üçün ciddi təhdid yaradıb.
Hadisə Mokrinə gedən yolda baş verib. Vuçiç kortejdəki digər avtomobilə əyləşmək məcburiyyətində qalıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Mənbə: oxu.az