RU

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın daha 7 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdəkeçirilən reytinq turnirində mübarizə aparıb.

Trend xəbər verirki, qadın güləşində 57 kiloqramda cəmi 2 iştirakçı yer aldığı üçünJalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalıCakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7hesabı ilə geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3xala endirib. Son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtınbitdiyini əsas gətirərək həmin bunu qeydə almayıb. Beləliklə,rəqibinə 4:7 hesabı ilə məğlub olan Əliyeva gümüş medallakifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvisistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə(0:3), xorvatiyalı Veronika Vilkə (2:6), ABŞ-dan olan Skilar Qrota(0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kiloqramda 3 təmsilçimiz xalçayaçıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı AleksandruSoloveyə 0:3 hesabı ilə məğlub olub. Daha təcrübəli Xasay Həsənlli1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7.Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksaİliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı RobertFrişə isə 7:1 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda Stepanovlabacarmayıb – 0:4. Stepanov finala yüksəldiyi üçün güləşçilərimiztəsəlliverici görüşə vəsiqə qazanıblar. X.Həsənli ilk təsəllivericigörüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalibgəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəlməğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı SergeyKutuzovla güləşib və 1:3 hesabı ilə uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinəəsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalıTurpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasovqazaxıstanlı rəqibi təsəlliverici görüşdə iştirak etmədiyi birbaşabürünc medal uğrunda güləşmək hüququ əldə edib. Rusiyalı MiladAlirzayevlə qarşılaşmanın əvvəllərində 0:5 hesabı ilə geri düşənAbbasov əzmkarlıq nümayiş etdirərək geri dönüş edib və sonuncu xalprinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdəserbiyalı Aleksandr Komarova uduzub - 3:5.

Избранный
112
31
az.trend.az

10Источники