RU

Federal Təhlükəsizlik Xidmətinin binasına hücum olub

Federal

Sankt-Peterburqda tələbə oğlan Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına "Molotov kokteyli" atıb. Onun belə addımını Rusiyadakı mövcud rejimə və Ukraynaya qarşı müharibəyə etiraz kimi qiymətləndirənlər var.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, fevralın 8-də Sankt-Peterburqdakı regional FTX-nın əməkdaşları bu idarənin təhsil mərkəzinə hücum edən və binada bir kafedranın qapısına "Molotov kokteyli" atan tələbəni saxlayıblar.

Faktla bağlı terrora cəhd ittihamı ilə cinayət işi açılıb. Saxlanılan şəxs haqqında hələ ki, ətraflı məlumat verilməsə də, yerli mənbələr terrorçu kimi həbs olunmuş 22 yaşlı şəhərli gəncin Sankt-Peterburqdakı Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində təhsil aldığını bildiriblər.

Oqtay QORÇU
Избранный
26
reyting.az

1Источники