ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
Bu barədə ABŞ-nin \"New York Post\" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
\"Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.
\"Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
///report