SON DƏQİQƏ: Sərnişin avtobusları toqquşdu - Polis hadisə yerindədir
Sumqayıt şəhərinin Koroğlu prospektində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 7 və 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusları toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Polis əməkdaşları hazırda hadisə yerindədirlər.
![](https://aqreqator.az/resized/850/-/resize/images/news/2025-02/21288137-63ef-466c-9abb-95b6f1bca27a.webp)