RU

“Barselona” “Liverpul”un kapitanına maraq göstərir

“Liverpul”un müdafiəçisi Vircil van Deyk “Barselona”nın maraq dairəsinə düşüb. Msport.az xəbər verir ki, 33 yaşlı niderlandlı futbolçunun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Kataloniya təmsilçisi bu transferi həyata keçirmək üçün ilk növbədə Ronald Arauxonu satmalıdır. Qeyd edək ki, Arauxo ilə İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır.

Van Deyk bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 32 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” onun dəyərini 28 milyon avro qiymətləndirir.

 

Избранный
21
msport.az

1Источники