RU

Bakıda yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın başverməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələriəraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəliyaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğıngenişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilinbir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakinitəxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizəolunub.

Избранный
10
36
az.trend.az

10Источники