Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb...
Redaktor.az-a danışan vətəndaş bildirib ki, "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb.
Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.
***
Bakının Maştağa kəndindən alınan çörəyin içindən siqaret kötüyü çıxdığı iddia edilir.
Görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, iddialara görə, Bakının Maştağa kəndində yerləşən mağazaların birindən alınan “Qarabağ” çörək zavoduna məxsus məhsuldan yad cisim çıxıb.(Yeniavaz.com)
Poliqon.info