RU

Trampın rüsumları "Porsche"nin vəziyyətini ağırlaşdıra bilər

Avtomobil istehsalçısı "Porsche" ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) idxal olunan avtomobillərə qoyulan rüsumları artırmaq ehtimalı qarşısında xüsusilə zəif vəziyyətdədir.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda "Porsche"də satışlar azalır, gəlirlər aşağı düşür və yüksəksəviyyəli menecerlər işdən çıxarılır.

Bildirilir ki, əgər rüsumlar 10%-dən yüksək olarsa, "Porsche" istehsalın bir hissəsini ABŞ-yə köçürmək imkanını nəzərdən keçirməli olacaq. Lakin şirkət istehsalın köçürülməsi üçün böyük investisiyalar etməyə imkan tapmayacaq.

Belə ki, rüsumlar 2.5%-dən 10%-ə qədər artırılsa, bu, alman avtomobil istehsalçılarının gəlirlərini 2.1 milyard avro azaldacaq.

Избранный
43
6
hakimiyyet.az

8Источники