RU

Uşaq bağçasında azyaşlıya şillə vuran tərbiyəçi işdən çıxarıldı - video

Bakının uşaq bağçasında azyaşlıya şillə vuran tərbiyəçi işdən çıxarılıb. 

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

İnsidentin “Orbita” uşaq bağçasında baş verdiyi bildirilir.

Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.

Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.

 

Избранный
69
1
buta.media

10Источники