Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub.