RU

Məhəmmədli kəndinin sakinlərindən şikayət: "Dünəndən işıq yanmır, donuruq"

Abşeron rayonu, Məhəmmədli kəndi, Seyid Şuşinski, 75 B ünvanında dünəndən etibarən işıq yanmır.

Bu barədə hakimiyyet.az-a sözügedən ərazidə yaşayan sakinlər müraciət ediblər.

Adının çəkilməsini istəməyən sakin qeyd edib ki, dünən səhər saat 11:30-dan işıq sönüb, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib:

"Evində xəstə və körpə uşağı olan ailələr var. Hava çox soyuqdur, donuruq. Bu soyuqda işıqsız qalmaq zülmdür".

Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Избранный
37
3
hakimiyyet.az

3Источники