Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yanğın başverməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələriəraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi200kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğıngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişindəquraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədəyanıb.
Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdəköməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.