RU

Keşlədə yaşayış evində yanğın olub: İki nəfər xilas edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Избранный
9
oxu.az

1Источники