Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi HJK Finlandiya Liqa Kubokunda üçüncü oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda evdə “Haka” ilə qarşılaşıb.
Oyun Kökçünün komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ozan Can 61-ci dəqiqədə əvəzlənib.
Liqa kubokunda ikinci qələbəsini qazanan HJK hazırda 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.