Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Yusif Orucovu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Telegram kanalımız