RU

Messili “İnter Mayami” “Olimpiya”nı darmadağın etdi

Hondurasın San-Pedro Sula şəhərində ABŞ-ın “İnter Mayami” və yerli “Olimpiya” komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, oyun ABŞ komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Vağlar”ın argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi komandasının qələbəsinə vurduğu qolla töhfəsini verib. Daha bir qol uruqvalı ulduz hücumçu Luis Suaresin hesabındadır. Suares həmçinin Messinin qol vəziyyəti ilə bağlı məqamda məhsuldar ötürmə müəllifi olub. “İnter Mayami”nin digər qollarını Fedriko Redondo Solari, Noa Allen və Rayan Seylor vurublar.

Избранный
79
arena.az

1Источники