RU

Taras Stepanenko “Eyüpspor”da

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun dayaq yarımmüdafiəçisi Taras Stepanenko bundan sonra “Eyüpspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə klubu 35 yaşlı oyunçunu azad agent kimi heyətinə cəlb edib. Təcrübəli oyunçu 2026-cı ilin 30 iyununadək “Eyüpspor”un uğurları üçün çalışacaq.

Taras Stepanenko Zaporojye “Torpedo”sunun yetirməsidir. O, “Şaxtyor”dan öncə Zaporojye “Metallurq”unda da çıxış edib. 2010-cu ildən Donetsk təmsilçisində forma geyinən Stepanenko bu komandada 439 oyuna 29 qol vurub, 25 assist edib. Yarımmüdafiəçi 2010-cu ilin noyabrında debüt etdiyi Ukrayna millisində 87 oyuna 4 qol vurub.

“Eyüpspor” “Trabzonspor”un hücumçusu Umut Bozoku da heyətinə cəlb edib. 28 yaşlı forvard da yeni klubuna azad agent kimi keçib və müddəti 2026-cı ilin 30 iyununadək anlaşıb.

Fransada dünyaya göz açmış Umut Bozok peşəkar karyerasına “Mets”də başlayıb. O, “Konsolat”, “Nim”, “Loryan”, “Trua”, “Kasımpaşa” kimi klublarda da çıxış edib. 2022-ci ildən “Trabzonspor”da olan hücumçu 56 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış forvard əsas millidə cəmi 1 oyun keçirib.

“Eyüpspor” Yunanıstandan olan sol vingeri Anastasios Xatsiyovanislə də yollarını ayırıb. 27 yaşlı futbolçu azad agent kimi Yuanıstanın “Asteras” klubuna icarəyə verilib. Onun “Eyüpspor”la 2026-cı ilin 30 iyununadək müqaviləsi var.

“Panatinaikos”un yetirməsi olan Anastasios Xatsiyovanis Türkiyədə “Ankaragücü” klubunun da şərəfini qoruyub. “Eyüpspor”a cari mövsümün əvvəlində qoşulmuş vinger meydana çıxdığı 6 oyunda 1 assistlə yadda qalıb.

Избранный
86
arena.az

1Источники