RU

Qərb bölgəsində yollarda buzlanmaya qarşı tədbirlər görülür

Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlanmanın yaranmaması üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan  bildirilib ki, yollarda yüngül buzlanma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.

"Hazırda polis əməkdaşları tərəfindən buzlanmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.

Yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolda hərəkət zamanı ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur", - DİN qeyd edib.

Избранный
10
7
news365.az

8Источники