RU

Luka Modriç Kərim Benzemanı geridə qoydu, rekordçu oldu

İspaniya La Liqasının 23-cü turunun Madrid “Atletiko”su ilə ev oyunu “Real”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç üçün dşüərli olub.

Arena.az məlumat verir ki, 1:1 hesabıyla başa çatmış bu oyunda əvəzetmədən meydana çıxmış 39 yaşlı veteran futbolçu Madrid derbisində iştirak üzrə əcnəbilərin rekordçusu olub.

Xorvat futbolçu “döşəkçilər”ə qarşı 40-cı dəfə oynamaqla, “Real”ın fransalı keçmiş hücumçusu Kərim Benzema ilə (39 oyun) şərikli rekodunu yeniləyib.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 35 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 570 oyun, 42 qol, 92 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
108
arena.az

1Источники